Aİ nümayəndəsi: Azərbaycanda geniş islahatlar həyata keçirilir

OXUNUB: 800 SİYASƏT

"Azərbaycanda geniş islahatlar və şaxələndirmə siyasəti həyata keçirilir”.

İcmal.Az-ın APA-ya istinadən xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək” layihəsinin açılış mərasimində deyib.

O bildirib ki, Azərbaycan əhalisinin sayı təqribən hər il 100 min nəfər artır.

K. Yankauskas qeyd edib ki, bir neçə gün əvvəl Aİ-nin Brüsseldə keçirilən "Şərq Tərəfdaşlığı” sammitində 6 dövlət və 28 üzv dövlət bir araya gələrək gələcək məqsədlər barədə fikir mübadiləsi aparıblar: "Bu toplantıdan sonra çox insan məmnun idi. Brüsseldə keçirilən sammit bizim əməkdaşlığımızı daha da gücləndiriləcək”.

İcmal.Az

RƏYLƏR