Psixoloq qeyd edib ki, boşanmaların bir neçə səbəbi olur. "Ən əsas səbəbi 3-cü şəxslərin bu ailə haqqında fikir söyləmələridir. Bu zaman gənclər yeni qurduqları ailələrinə qanunlarını qoya bilmirlər. Əlbəttə bu da tərəflərdən birinin aqressiyasına səbəb olur. Bu da təbii ki, münasibətlərin pozulmasına gətirib çıxarır. Digər səbəblərdən biri də məntiq və sevgi evliliyidir. Sevgi deyildikdə çox vaxt xoşlanmaq, bəyənmək nəzərdə tutulur. Bu zaman da hər iki tərəf ailə qurmağa hazır olmadıqlarına görə boşanmalar baş verir. Əgər qız və oğlan oturub hər hansı mövzunu müzakirə etsə, tanısa, gələcək ailə həyatı haqqında söhbətlər aparıb özlərindən pay vermədən bir-birilərindən qane olsa bu ailənin bünövrəsi möhkəm olar. Qurduqları ailə də boşanmaya gedib çıxmaz”.
Vəfa Əkbər vurğulayıb ki, ailədaxili münaqişələr əsasən maddi problemlərdən yaranır. Hər iki tərəfin ailələri tərəfindən müdaxilələrin, gözləntilərin olması da münaqişələrin yaranmasına təkan verir. Yəni qaynanam bunu eləmədi, ya da oğlana deyilir ki, qızıma bunu almadın. Bu səbəbdən də gənclər arasında söz-söhbətlər başlayır.
Psixoloq bildirib ki, oğlanın anasına hər şeyi məruzə etməsi düzgün deyil. " Çünki bu zaman ana hər zaman çalışacaq ki, oğlunun həyatında tək qadın olsun. Gəlini qəbul edə bilmir. Anandan aslı olur. Oğlu ilə gəlinin verdiyi qərarı qısqanmağa başlayır. Belə olanda da gəlin-qaynana arasında böyük münaqişələr yaranır. Düzdür münasibətlərin tənzimlənməsi təkcə oğlanın işi deyil. Hər iki tərəf bunun üçün çalışmalıdır. Ailələrdə anlamalıdır ki, yeni qurulmuş ailədir. Bu ailənin öz qaydaları, qanunları və ailə daxili problemlərin həll yolları olmalıdır. Gənclərin işinə qarışılmamalıdır. Ailə qurmuş gənclər də dərk etməlidir ki, hər bir xırda söhbət və problemə görə böyüklərə müraciət edib məsələni daha da böyütmək olmaz. Problemi həll edə bilmədikdən psixoloqa müraciət etməlidirlər. Həm də ailə psixaterapiyaya müraciət edilsə bir-birinə olan hörmət və sevgi daimi olar”. /big
İcmal.Az