Şamaxı Rayon İcra Hakimiyyəti Heydər Əliyev parkında tikinti təmir işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.
Tenderin qalibi "Construction Business Group" MMC seçilib. Şirkətin qiymət təklifi 744 443,75 manat olub.
"Construction Business Group" MMC bu tenderdə qalib seçilməklə cari ildə qazandığı satınalma müsabiqələrinin sayını 13-ə çatdırıb. Bu müsabiqələr üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 5 639 812,70 manatdır.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Construction Business Gorup” MMC 26 avqust 2019-cu ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1120 manatdır. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Məmmədov küçəsi, 3-cü mikrorayon, ev 9, mənzil 21-də yerləşən şirkətin qanuni təmsilçisi Babayev Elmir Vaqif oğludur.
Elmir Babayev həm də şirkətin təsisçidir. Bu barədə "Construction Business Group” MMC-nin rəsmi internet səhifəsində qeyd edilib. Mediada gedən məlumatlara görə, Elmir Babayev əvvəllər "Akkord” şirkətində çalışıb.
Ondan əvvəl şirkətə Yusif Axundov rəhbərlik edib. O, ötən ilin sonunda vəzifəsindən ayrılıb.




















