Aktrisa iti ilə kafedən qovuldu

OXUNUB: 831 ŞOU-BİZNES
Aktrisa Tuvana Türkay Misir adlı iti ilə getdiyi kafedən qovulub. 

Aktrisa itini çantasında daşısa da, məkana heyvanlarla girməyin qadağan olunduğu deyilərək kafedən çıxarılıb. İti ilə birlikdə qovulmasına əsəbiləşən Tuvana sosial şəbəkədə bunları yazıb:
 
"Nə ilə qarşılaşdığımı bilmədim. Heyvanlar danışa bilmədikləri üçün ayrı-seçkilik salmamalıyıq. Qanunlarda onlar mal olaraq deyil, can olaraq qəbul edilməlidir. Heyvanlarla dost olan məkanların sayı artırılmalıdır”. 

Qeyd edək ki, Tuvanaya iti keçmiş sevgilisi Alper Potuk ad günündə hədiyyə etmişdi. /axşam

 
 
İcmal.Az

RƏYLƏR