Alimlər 66 milyon il əvvəl yoxa çıxan dinozavrın qalıqlarını tapıblar

OXUNUB: 119 Özəl GÜNDƏM DÜNYA
Alimlər dinozavrlarla bağlı daha bir kəşfə imza atıblar. 7NEWS.az-ın məlumatına görə dinozavrları məhv edən meteorit haqqında daha çox məlumat əldə edə biləcək bir dinozavr ayağı (fosili) aşkar edilib.
Alimlər bildirdilər ki, yaxşı qorunmuş dinozavr ayağı, dinozavrları yer üzündən silən meteorit hadisəsi ilə əlaqəli ilk fosil ola bilər. Tədqiqatçılar bu ayağın aid olduğu dinozavrın, digər dinozavrların və bir çox canlının 66 milyon il əvvəl nəhəng asteroidin yerlə toqquşduğu gün öldüyünü iddia edirlər. Qazıntı qrupuna rəhbərlik edən Mançester Universitetindən Robert DePalma "Bu bölgədə baş verənləri bizə anbaan izah edən təfərrüatlar var. Sanki biz bunu bir filmdə izləyirik. Siz qayaya baxırsınız, oradakı fosillər sizi o günə qaytarır."-deyə məlumat verib.
 
7News.Az

RƏYLƏR