Alimlərdən inanılmaz ixtira: Beyini kənardan idarə etmək olacaq - VİDEO - FOTO

OXUNUB: 767 MARAQLI

ARB TV-nin "Günə doğru" verilişində maraqlı sujet yayımlanıb.

 Buffalo universitetinin alimləri siçovullar üzərində maraqlı araşdırma aparıblar.

Belə ki, fizik Arnd Prallenin rəhbərliyi altında həyata keçirilən sınaq möhtəşəm nəticə verib. Məqsəd beyni kənardan idarə etmək istəyini reallaşdırmaq idi.

Beləliklə, öncə canlının orqanizminə xüsusi yaradılmış DNT zənciri və nanohissəciklər yeridilib. Onlar da, öz növbəsində, müəyyən neyronlara bağlanıb. Sonra isə canlını kənardan fasiləli maqnit sahələri hesabına idarə ediblər.

Siçovulun yeriməsini, bədənin müəyyən hissələrinin deaktiv edilməsini həyata keçiriblər. Bir sözlə, onların bədənləri üzərində tam idarəetməyə sahib olublar. Bu elm aləmində fantastik nəticədir./milli

 

Alimlərdən inanılmaz ixtira: Beyini kənardan idarə etmək olacaq - VİDEO - FOTO

İcmal.Az

 

Videonu izləmək üçün şəklə klikləyin:

Alimlərdən inanılmaz ixtira: Beyini kənardan idarə etmək olacaq

RƏYLƏR