Alimpaşa Məmmədovun oğlu üçün yaratdığı bizneslər – açılışda çıxış edib – VİDEO

OXUNUB: 678 HADİSƏ
Xəbər veridiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq başçısı Alimpaşa Məmmədovun məhkəmə qərarı ilə həbs olunması haqda məlumat yayıb. DTX-nın mətbuat xidmətinin yaydığı məlumatda A. Məmmədovun, həyata keçirdiyi cinayət əməllərini oğlu Adil Adilzadənin adına rəsmiləşdirərək ört-basdır etməyə çalışmasına əsaslı şübhələrin olduğu qeyd edilir.
Yeniavaz.com
 DTX-nın məlumatında yer alan və A. Məmmədovun oğlu A. Adilzadəyə cüzi qiymətlərə satması ilə bağlı əsaslı şübhələrin olduğu milyonlarla dəyəri olan obyektlər haqqında açıq internet resurslarında olan məlumatları təqdim edir.
DTX-nın yaydığı məlumata əsasən, A.Məmmədovun vəzifəsindən sui-istifadə edərək "Çinarlı Qəsəbə”nin bütün paylarını oğluna və tabeliyində fəaliyyət göstərən digər şəxslərə məxsus "Şəmkir Səbət Ticarət Mərkəzi” MMC-yə cəmi 40 manata satması ilə bağlı əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, Şəmkir rayonunun Çinarlı bələdiyyəsinin "Çinarlı qəsəbə” MMC-nin nəzdində təsis etdiyi "Şəmkir Səbəti Ticarət Mərkəzi” MMC 2017-ci ildə istifadəyə verilib və kənd təsərrüfatı məhsullarının satışını həyata keçirir. Bakı-Qazax avtomobil yolunun 391-ci kilometrliyində yerləşir və beş hektar ərazini əhatə edir. Obyektin ərazisində 147 ədəd ağac konstruksiyasından ibarət butiklər, sahəsi 7000 kvadrat metrə yaxın topdan satış ticarətin təşkili üçün qapalı sahələr, sahəsi 500 kvadrat metrdən ibarət "Ailəvi istirahət” yeməkxana binası, beş ədəd soyuducu anbar inşa olunub. 
Ticarət mərkəzinin nəzdində fəaliyyət göstərən "Şəmkir Səbəti Supermarket”i də istifadəyə verilib.
Açılış mərasimində Alimpaşa Məmmədov şəxsən iştirak edib, çıxış edib və açılışı həyata keçirib.
Açılışdan kadrları təqdim edirik:

DTX-nın yaydığı rəsmi məlumatda A. Məmmədovun mənimsəmə və rüşvət alma yolu ilə əldə etdiyi 832 min manat vəsaiti oğlu Adil Adilzadənin adına təsis etdiyi "Az Forel” MMC-nin xərclərinə yönəltməklə həmin pul vəsaitlərini leqallaşdırmasına dair əsaslı şübhələrin müəyyən edildiyi bildirilir.
Onu da bildirək ki, sözügedən müəssisə 2018-ci ildə fəaliyyətə başlayıb və Şəmkirçay Su Anbarının sahilində yerləşir. "Az Forel” MMC balıqyetişdirmə və emalı zavodunun layihə dəyəri 43 milyon manatdır. Bu barədə MMC-nin açılışı ərəfəsində Şəmkir Rayon İcra Hakimiyyətindən yerli mətbuata məlumat verilərkən bildirilib.
Alimpaşa Məmmədovun Şəmkir Şəhər Bələdiyyəsi tərəfindən təsis edilmiş, mülkiyyətində 967 min manat dəyərində qida məhsulları istehsal zavodu olan "Abad Şəmkir” MMC-nin bütün paylarını oğluna cəmi 180 manata satması ilə də bağlı da əsaslı şübhələr var. Bu barədə DTX-nın yaydığı rəsmi məlumatda qeyd olunub.
Yerli mətbuatda dərs olunan məlumatlara əsasən "Abad Şəmkir” MMC Şəmkirdə 2014-cü ildə bələdiyyələrin nəzdində təsis edilən 43 məhdud məsuliyyətli cəmiyyətdən biridir. Rayonun "Ağ dağlar” deyilən ərazisində şəhər bələdiyyəsi tərəfindən təsis edilmiş "Abad Şəmkir” MMC- nin nəzdində "Natural” su və konserv istehsalı zavodu tikilib istifadəyə verilib. Müəssisədə qazlı və qazsız su, cem, mürəbbə, kampot və turşu istehsal olunur. Burada quraşdırılan avadanlıqlar İtaliya və Türkiyədən gətirilib.

RƏYLƏR