Alimpaşa Məmmədovun satdığı park ərazisində tikilən binalar - FOTOLAR

OXUNUB: 191 HADİSƏ
Şəmkir rayon İcra Hakimiyyəti Aparatının sabiq başçısı, bu günlərdə Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən saxlanılan Alimpaşa Məmmədovun xüsusi nəzarəti ilə "Park Kolizey" MTK tikinti şirkətinə satdığı park ərazisində inşa edilən hündürmərtəbəli binaların fotolarını təqdim edirik.

İcmal.az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə, ərazidə iki hündürmərtəbəli bina inşa edilib. Bildirilib ki, bu tikililər yaşayış binası üçün nəzərdə tutulub.

Məlumat üçün qeyd edək ki, tikinti işləri 20 Yanvar abidəsinin ətrafında salınan park ərazisində aparılıb. Hər iki bina şəhərin mərkəzi hissəsində İcra Hakimiyyəti Aparatına yaxın ərazidədir.

Hazırda da binalarda tikinti işləri davam etdirilir.
 

 

 

RƏYLƏR