Almaniyada 44 ton şokolad oğurlandı

OXUNUB: 613 DÜNYA

Almaniyanın Frayburq-im-Braysqau şəhərində naməlum şəxslər yerli sənaye parkından içində 44 ton şokolad olan iki yük maşınını qaçırıb.

 Oğurlanmış məhsullar 496,1 min dollar dəyərində olub.

Hüquq-mühafizə orqanları istintaq-axtarış tədbirlərindən sonra qaçırılmış maşınları tapıb. Onlardan biri Almaniya-Fransa sərhədində aşkarlanıb. Oğruların maşının yükünə toxunmadığı bildirilir. İkinci yük maşını isə Lar şəhəri yaxınlığında tapılıb. Ancaq bu maşından şokolad məhsullarının üçdə bir hissəsi yoxa çıxıb. Hal-hazırda hüquq-mühafizə orqanları şübhəliləri axtarır./oxu

İcmal.Az

RƏYLƏR