Almaniyada türklərlə kürdlər arasında kütləvi dava – VİDEO

OXUNUB: 758 DÜNYA

Almaniyada türk və kürd icmasının nümayəndələri arasında toqquşma baş verib.

Kütləvi dava Hannover şəhər aeroportunun terminalında meydana gəlib. Toqquşmalarda 180 nəfərə yaxın insanın iştirak etdiyi bildirilir.

Qarşıdurma kürdlərin təşkil etdiyi etiraz aksiyası ilə əlaqədar meydana gəlib. Alman hüquq mühafizə orqanlarının məlumatına görə, türk sərnişinlər bundan hiddətlənərək, aksiya iştirakçılarına hücum edib.

Tərəfləri bir-birindən ayırmaq üçün aeroportun təhlükəsizlik xidmətinin əməkdaşları  müdaxilə etməli olub. Toqquşmalarda heç kimi ciddi xəsarət almasa da, 20 nəfərin gözyaşardıcı qazla əlaqədar halının pisləşdiyi bildirilir.

Oxşar lakin daha kiçik miqyaslı toqquşmalar Almaniyanın digər şəhərlərində də müşahidə olunub./oxu

 

İcmal.Az

RƏYLƏR