09 iyun 2017-ci il tarixdə Beynəlxalq Dialoq və İnkişaf Alyansının təşkilatçılığı ilə "Almanlar Cənubi Qafqazda: 200 il” mövzusunda tədbir keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "2017-ci ildə Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyinin qeyd olunması haqqında” sərəncama müvafiq olaraq keçirilən tədbiri giriş sözü ilə açan Beynəlxalq Dialoq və İnkişaf Alyansının sədri Nüşabə Məmmədova bildirdi ki, məhz möhtərəm Prezidentmizin sərəncama uyğun bu sahədə tədbirlərin keçirilməsi, müasir dövrdə Müstəqil Azərbaycan dövlətinin gerçəkləşdirilən siyasətinin multikulturalizm və tolerantlıq prinsiplərinin bariz nümunəsidir.
Tədbirdə Almaniya Azərbaycan cəmiyyətinin sədri Çingiz Abdullayev, Almaniya Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, Azərbaycan Milli QHT Forununun idarə heyətinin sədri Qorxmaz İbrahimli, Azərbaycan Dillər Universitetinin dosenti Samir Həmidov, AMEA Hüquq və İnsan Haqları İnstitutunun direkrot müavini Lalə Əhmədova, AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi İkram Ağasıyev, ADPU-nun kafedra müdiri Naibə Əhmədova və digər şəxslər öz çıxışlarında Azərbaycanda yüzillər boyu bərqərar olmuş tolerantlıq şəraiti XIX əsrin əvvəllərində buraya köçürülən alman mühacirlərinin yerli əhali ilə qısa müddətdə dərin ünsiyyət qurması üçün əlverişli zəmin yaratdığını, həmçinin milli dəyərlərə qarşılıqlı hörmət və ehtiram, Azərbaycan və alman xalqlarının mədəni əlaqələrini səciyyələndirən başlıca cəhət olduğunu bildirmişlər. Tədbirdə Almaniyanın Azərbaycandakı səfiriliyinin nümayəndəsi, Bakıdakı alman təşkilatlarının nümayəndələri, QHT və KİV nümayəndələri iştirak etmişlər.
İcmal.Az

