Almaz Ələsgərli canlı yayımda yıxıldı - VİDEO

OXUNUB: 705 ŞOU-BİZNES
Almaz Ələsgərli "Space” TV-də canlı yayımlanan "Hər Səhər” proqramında yıxılıb.

"Space” TV-də canlı yayımlanan "Hər Səhər” proqramında Almaz Ələsgərli və Novruz Qartal qonaq olub. Verilişə ac qatıldığını söyləyən müğənniyə proqramın əməkdaşları səhər yeməyi hazırlayıb.

Studiyadan yeməklərin hazırlandığı pavilyona keçərkən ayağı pilləkənə ilişən Almaz Ələsgərli müvazinətini saxlaya bilmədiyindən, yerə yıxılıb. Efirə bunun çox az hissəsi gedib. Əhvalını pozmayan müğənni ona göz dəydiyini söyləyib.
 

Sözügedən videogörüntünü sizə təqdim edirik:



İcmal.Az

RƏYLƏR