Amerika raketləri Rusiya bazasına yaxınlaşdı

OXUNUB: 645 DÜNYA

"Tomaqavk” qanadlı raketlərlə, həmçinin raket əleyhinə müdafiə sistemi ilə təchiz edilmiş "Donald Kuk” Amerika esminesi Suriyanın Tartus bazasının 100 kilometrliyinə qədər yaxınlaşıb.

Esmines uçuş məsafəsi 1600 kilometrə çatan 56 qanadlı raket və "Standart-2” hava hücumundan müdafiə sistemi ilə təchiz edilib.

Tartusda Rusiyanın Hərbi-Dəniz Donanmasının maddi-texniki təminatı bazası yerləşir.

"CNN Turk” telekanalının məlumatına görə, gəmi bir gün əvvəl Kiprin Larnaki limanından çıxıb. "Donald Kuk”a yaxın vaxtlarda ABŞ-ın Hərbi-Dəniz Qüvvələrinin "Porter” raket esminesinin qoşulacağı gözlənilir.

"Uoll-strit Jurnal” nəşri qeyd edib ki, ABŞ Suriyaya zərbələrin endirilməsi üçün zəmin hazırlayır./publika

İcmal.Az

RƏYLƏR