Amerikanın on minlərlə vətəndaşı öləcək - RUSİYADAN XƏBƏRDARLIQ

OXUNUB: 644 DÜNYA

Koreya yarımadasında müharibə olacağı halda Cənubi Koreyada yaşayan on minlərlə ABŞ vətəndaşı həlak olacaq.

Bunu "Arqumentı i faktı” nəşrinə müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib.

"Tarix göstərir ki, ABŞ öz hədəflərinə çatmaq istəyərkən başqa dövlətlərin vətəndaşlarının həyatlarını nəzərə almır. Ancaq Vaşinqton, Cənubi Koreyada 250 min amerikalının yaşadığını nəzərə almaya bilməz. Koreya yarımadasında irimiqyaslı döyüş əməliyyatları halında on minlərlə ABŞ vətəndaşı həlak olacaq. Və bu ABŞ üçün qəbuledilməz olacaq”, - o deyib.

Diplomat əlavə edib ki, Cənubi Koreyanın paytaxtı Seulun 50 kilometrliyində Şimali Koreyanın operativ-taktik raketlərlə təchiz edilən raket kompleksləri və yaylım atəş sistemləri yerləşir./publika

İcmal.Az

RƏYLƏR