Ana iki uşağını evdə tək qoydu, oğlan körpə qardaşına mıx uddurdu - FOTO

OXUNUB: 465 MARAQLI

Evdə tək qalan iki azyaşlının dəcəlliyi nəticəsində az qalsın 37 günlük körpə öləcəkdi.

İcmal.Az xarici mətbuata istinadla xəbər verir ki, Çində valideynlərinin evdə tək qoyduğu 3 yaşlı uşaq yeni doğulan qardaşına 3 ədəd mıx uddurub.

Bir neçə saat sonra evə qayıdan ana dəhşətə gəlib. Belə ki, o, körpə oğlunun ağzının köpükləndiyini görüb.

Uşaq təcili xəstəxanaya çatdırılıb. Rentgen müayinəsindən sonra məlum olub ki, uşaq 3 ədəd mıx udub.

Mıxlar xüsusi cihazlar vasitəsi ilə uşağın mədəsindən çıxarılıb. Zhengzhou uşaq xəstəxanasından bildirilib ki, mıxlar uşağın həzm sisteminə hər hansı zərər vurmayıb.

İcmal.Az

RƏYLƏR