Anar Rzayevin qardaşının şirkətində qanuni təmsilçi dəyişdi

OXUNUB: 503 Özəl İQTİSADİYYAT
Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəisi Anar Rzayevin qardaşı İlqar Rzayevin rəhbərlik etdiyi "Van der Val Intl. Transport Bakı" daşıma şirkətinin qanuni təmsilçisi dəyişib.
14 aprel 2022-ci il reyestr məlumatlarında dəyişiklik edilib.Bu dəyişikliklə şirkətin qanuni təmsilçisi də dəyişib.Hazırda "Van der Val İntl. Transport Bakı” şirkətinin qanuni təmsilçisi Həsənov Emil Cəlil oğludur.
Açıq mənbələrdə onun barəsində hər hansı məlumat yoxdur.
"Van der Val İntl. Transport Bakı” daşıma şirkəti 19 avqust 1998-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 750 000 ABŞ dollarıdır.

Şirkətin Anar Rzayevə məxsus olmasına gəlincə, bu barədə mediada kifayət qədər yazılıb.Anar Rzayev özü də vaxtilə "Van der Val İntl. Transport Bakı” şirkətinə rəhbərlik etdiyini təsdiqləyib: "Van der Val Intl.Transport Bakı" şirkətinin 1996-2013-cü illərdə rəhbəri olmuşam. Bu doğrudur”.

Anar Rzayevin sözlərinə görə, 2013-cü ildə vəzifəsindən gedərək akademik fəaliyyətlə məşğul olub.Bundan sonra şirkətə qardaşı İlqar Rzayev rəhbərlik edib.
İddialara görə, Anar Rzayev vəzifəsindən istifadə edərək daşımaçılığı daha çox qardaşının şirkətinə verib.DANX rəisi bu iddiaları təkzib edib./qaynarinfo
7NEWS.az

RƏYLƏR