Anası güllələnmiş oğlunu geyindirdi, televizorun qarşısında oturtdu - FOTO

OXUNUB: 604 MARAQLI

18 yaşlı qaradərili Reynard Mettyus iyunun 25-də ABŞ-ın Nyu-Orlean şəhərinin küçələrindən biri ilə gedərkən atışmaya düşmüşdü. Çovuyan güllə onun sinəsindən dəymiş, Reynard həlak olmuşdu.

İcmal.Az Daily Mail-ə istinadən bildirir ki, anası Temeka da küçədə güllələnmiş oğlunu dəfn etməzdən əvvəl onun cəsədinə Reynardın fanatik azarkeşi olduğu "Boston Seltiks" basketbol klubunun maykasını geyindirib. Daha sonra Reynardı kresloya, televizorun qarşısına oturdulub. 

Köpəyini gəzintiyə çıxarmış gəncin qətlə yetirilməsinin motivləri ilə bağlı polis heç bir açıqlama verməyib. Güllələnmə faktı ilə bağlı cinayət işi də açılmayıb.

 

Reynardın dəfn mərasimi bu gün "Charbonnet Labat Glapion Funeral Home in Treme"da keçirilib.

İcmal.Az


Anası güllələnmiş oğlunu geyindirdi, televizorun qarşısında oturtdu - FOTOAnası güllələnmiş oğlunu geyindirdi, televizorun qarşısında oturtdu - FOTO

RƏYLƏR