Anasının evliliyi ilə razılaşmadı, ögey atasını bıçaqladı - FOTO

OXUNUB: 629 HADİSƏ

Türkiyənin Antalya şəhərində anasının yeni evliliyini qəbul edə bilməyən gənc ögey atasını bıçaqlayıb.

Sondakika.com xəbər verir ki, hadisə Manavgat rayonunda baş verib.

Məhəmməd A. anasının atasından ayrılıb başqa biri ilə evlənməsi ilə razılaşmayıb.

O, bazara alış-verişə getdikləri zaman qəfil piştaxtanın üstündən bıçaq götürərək, ögey atası Şinasi V.-ni bir neçə dəfə bıçaqlayıb. Hadisə yerindən qaçan gənc polis tərəfindən tutulub.

O, törətdiyi əməldən peşman olduğunu bildirib.

Xəstəxanaya yerləşdirilən Şinasi V.-nin həyatının təhlükədə olmadığı bildirilir.

 

Bizimlə əlaqə saxlayın

RƏYLƏR