Daim yenilənən oyunları və artan uduşları ilə lotereya həvəskarlarını sevindirən "Azərlotereya” yeni "Ani 50” lotereyasını satışa çıxardı."Ani-50”nin ümumi uduş fondunun məbləği 17 159 000 AZN təşkil edir. Böyük uduşun məbləği 50 000 AZN-dir. "Ani 50” lotereyasında toplam 5 500 000 manat məbləğində 50 manatlıq uduş şansı var.Qiyməti 2 AZN olan lotereya biletlərinin ümumi sayı 13 000 000, uduşlu biletlərin sayı isə 3 133 612 ədəddir. Oyunun qaydalarına gəlincə, bilet üzərində "şimşək” və "mükafat” xanaları mövcuddur. Onların üzərində olan qoruyucu səthi pozduqdan sonra 3 ədəd eyni simvol əks olunarsa, bilet uduşlu sayılır və "mükafat” xanasındakı məbləğ qazanılmış olur. "Ani 50” biletlərini lotereya satış nöqtələri, "Misli” məntəqələri və "Azərpoçt” şöbələrindən əldə etmək mümkündür.Qeyd edək ki, "Azərlotereya” ASC-nin təşkil etdiyi ani lotereyalar dünyanın aparıcı şans oyunları şirkəti olan "Scientific Games” ilə əməkdaşlıq çərçivəsində hazırlanır. Hər bir ani lotereya biletinin arxasında bilet və uduşların sayı əks olunur. Şans oyunları ilə əlaqədar daha ətraflı məlumatı azerlotereya.com/az rəsmi internet səhifəsindən əldə edə bilərsiniz
“Ani 50” lotereyası satışa çıxarıldı!
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Sahibkarlara 100 000 manatadək mikrokredit və 12 ay güzəşt müddəti!
24.10.2026, 20:36 / Özəl, İQTİSADİYYAT, BANK -
Avtovağzal metrosunun yaxınlığında yeni 2 otaq st. mənzillər satışa çıxdı!
23.10.2026, 19:12 / Özəl, İQTİSADİYYAT -
Xəyal etdi, inandı, qazandı — “Sürətlə Yeni Mövsümə” lotereyasının "Changan Q07" qalibi danışdı
20.10.2026, 17:17 / Özəl, İQTİSADİYYAT -
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
20.10.2026, 14:59 / Özəl, İQTİSADİYYAT -
İndoneziyada “ASAN xidmət” təcrübəsi əsasında 300-dən çox mərkəz fəaliyyət göstərir
20.10.2026, 14:55 / Özəl, İQTİSADİYYAT -
"Azərişıq" ASC-nin təşkil etdiyi "Yeni nəsil energetiklər: Şəbəkənin memarları" Ümumrespublika Yarışının qalibi Hadrutda müəyyənləşib
17.10.2026, 10:33 / Özəl, İQTİSADİYYAT -
Yasamalda hazır mənzillər ipoteka ilə satışda!
16.10.2026, 15:57 / Özəl, İQTİSADİYYAT























