Aparıcı İlkin Həsəni ata oldu - Bu da FOTO

OXUNUB: 1209 ŞOU-BİZNES

Tanınmış aparıcı İlkin Həsəni ata olub. Onun qızı dünyaya gəlib.

İcmal.Az-a təəssüratlarını bölüşən Həsəni "Sevincliyəm, illərdir bu günü gözləyirdim. Bir şeyi gözləyirsən və sonda o arzuna çatırsan. Bu, xoşbəxtlikdir”, - deyə bildirib.

Aparıcı deyib ki, 16 gün öncə atalıq sevincini yaşayıb:

"Martın 18-i dünyaya gəlib. Həkim nəzarətində idi. Şükürlər olsun ki, hər şey yaxşılığa doğru gedir”.

Qeyd edək ki, aparıcı övladının adını Alisa qoyub. İlkin ötən il Aysel adlı xanımla ailə həyatı qurub.

İcmal.Az

RƏYLƏR