BiG.AZ-a açıqlama verən aparıcı bildirib ki, yeni səhnə fəaliyyətinə başlayan müğənnilər, sənət adamları özlərindən çox razıdır:
"Mən aparıcıyam, sualımı verirəm, 5-10 dəqiqədən sonra görürəm ki bəzi qonaqlar coşurlar və bir-birlərini qırırlar.
Sənətkarlar, xalq artistləri yeni çıxan müğənnilər qədər özlərindən razı deyil. Verilişə gecikirlər, məsuliyyətsiz yanaşırlar. Özlərindən aşırı razı olan şəxslər, sənət göstərə bilməyənlər bu sənətdə uzun müddətlik deyil. Youtube-da baxış sayının çox olmağı göstərici deyil. Sabun köpüyü kimi 1 ay gündəmdə olurlar, sonra heç kimin yadına düşmürlər. Çox səviyyəsiz, insanı düşündürməyən mahnılar oxuyurlar".
İcmal.Az

























