AQDİM başsağlığı verir

OXUNUB: 116 SOSİAL
Tovuz Rayon Mərkəzi Xəstəxanasının həkim-kardioloqu, Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin İdarə Heyətinin Fəxri üzvü, dəyərli ziyalı və əsl insan Rasim Rzayevin vəfatı xəbəri Mərkəzin rəhbərliyini və kollektivini dərin hüznə boğmuşdur.

Rasim müəllim təkcə peşəkar həkim deyil, həm də saf qəlbli, vicdanlı, əqidəli bir şəxsiyyət kimi yaddaşlarda qalacaqdır. Onun vaxtsız itkisi ailəsi, yaxınları, həmkarları və onu tanıyan hər kəs üçün böyük itki, dərin kədərdir. Mərhumun işıqlı xatirəsi daim qəlblərimizdə yaşayacaq, gördüyü xeyirxah işlər hər zaman ehtiramla xatırlanacaqdır.
AQDİM- nin rəhbərliyi və kollektivi adından mərhum Rasim Rzayevin ailəsinə, doğmalarına, yaxınlarına, Tovuz Rayon Mərkəzi Xəstəxanasının kollektivinə və bütün həmkarlarına dərin hüznlə başsağlığı verir, bu ağır itki qarşısında səbr və möhkəm iradə diləyirik.

Allah rəhmət eləsin.
Məkanı cənnət, ruhu şad olsun.
#TovuzRayonİcraHakimiyyəti
#TovuzRayonMərkəziXəstəxanası
 

RƏYLƏR