7NEWS.az xəbər verir ki, 23.06.2023-cü il tarixində Azərbaycan Qan Donorluğunun İnkişafı mərkəzinin İdarə Heyətinin sədri Fuad Rəsul və Mərkəzin İcraçı direktoru Kamil Hüseynov Tovuz rayonunda rəsmi səfərdə olublar. Səfər zamanı YAP Tovuz rayon təşkilatının sədri ilə görüş keçirilmişdir. YAP Tovuz rayon təşkilatının sədri cənab Nihad Pənəhovla İdarə heyətinin sədri Fuad Rəsul qan Donorlugu və onun inkişafı barədə geniş müzakirələr aparılmış və gələcək planlar haqqında fikir mübadilələri edilmişdir. Daha sonra İdarə heyətinin sədri Fuad Rəsul YAP Tovuz rayon təşkilatının sədri cənab Nihad Pənəhovu qan donorluğunun inkişafında göstərdiyi diqqət və səylərə görə Fəxri Fərman təqdim etmişdir. Sonda xatirə fotosu çəkilmişdir.




