Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yaradılıb

OXUNUB: 234 Özəl İQTİSADİYYAT
Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİRK) təsis qurultayı keçirilib. Öncə Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Gündəliyə "Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının təsis edilməsi”, Nizamnaməsinin təsdiqi”, "Sədrin seçilməsi”, Məclis üzvlərinin təsdiqi”, "Təftiş komissiyasının seçilməsi” və digər məsələlər daxil edilib.
Gündəliyə çıxarılan məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, qurultay iştirakçılarının səsverməsi ilə müvafiq qərarlar qəbul olunub.
Səsçoxluğu ilə Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi yaradılıb və Fuad Məmmədov Komitənin sədri seçilib. Həmçinin qurumun Nizamnaməsi, Məclis və Təftiş komissiyasının üzvləri təsdiqlənib.
Eləcə də Qurultay iştirakçıları Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına (AHİK) üzv olması barədə qərar qəbul ediblər. 
Tədbirdə iştirak edən AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev yeni təsis olunan ASİHİRK-yə fəaliyyətində uğurlar arzulayıb, bir sıra tövsiyələr verib.
 
 




RƏYLƏR