Həftəsonu hava şəraitinin kəskin dəyişməsi, atmosfer yağıntılarınınmövsümi normadan artıq düşməsi nəticəsində respublikanın bəzi
bölgələrində dolu, sel, subasma halları qeydə alınıb. Baş verəntəbiət hadisələri nəticəsində bəzi fermerlərin təsərrüfatlarına zərər
dəyib. Aqrar Sığorta Fondu rayonlarda sığortalanmış meyvəbağlarına, əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin
müraciətlərini araşdırmağa başlayıb.Aqrar Sığorta Fondundan bildirilib ki, baş verən sığorta hadisələri ilə
bağlı əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermerlərinmüraciətləri müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə
araşdırılır. Hazırda ekspertlər hadisə ərazisinə baxış keçirir,hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri
hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra qanunvericiliyəuyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək.
Aqrar Sığorta Fondu bir daha təsərrüfatlarını sığorta etdirmişfermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən
hadisələrlə bağlı Fonda müraciət etməyə çağırıb.Eyni zamanda, Fond indiyədək dövlət dəstəkli aqrar sığorta
mexanizmindən istifadə etməyən fermerləri öz təsərrüfatlarınısığortalamağa dəvət edib.
"Fermerlərə əkin sahələrini vaxtında dövlət dəstəyi ilə və sərfəlişərtlərlə sığortalamaq tövsiyyə olunur, bununla bağlı fermerlərə
Fond tərəfindən müraciətlər, çağırışlar da edilir. Fermerlərimizidövlət tərəfindən təqdim olunan bu dəstəyi dəyərləndirməyə dəvət
edirik” - deyə Aqrar Sığorta Fondundan bildirilib.Qeyd edək ki, fermerlər təsərrüfatlarına dəymiş zərərlə bağlı Aqrar
Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərinirəsmiləşdirə bilərlər.