Dizel yanacağının qiymətindəki dəyişikliklərin kənd təsərrüfatına mümkün təsirini aradan qaldırmaq məqsədilə dövlət tərəfindən fermerlərə stimullaşdırıcı dəstək tədbirləri davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırığa əsasən, Aqrar Subsidiya Şurası kənd təsərrüfatı bitkiləri üzrə 2021-ci ildə fermerlərə əlavə əkin subsidiyası verilməsi barədə qərar qəbul edib. Şuranın qərarında yeni əkin əmsalları öz əksini tapıb. Əkin əmsallarının artırılması Tarif (qiymət) Şurasının dizel yanacağının qiymətinə etdiyi dəyişiklik nəticəsində fermerlərin bitkilərin becərilməsi ilə bağlı yaranmış əlavə xərclərini kompensasiya etmək məqsədi daşıyır. Bu məqsədlə hökumət tərəfindən 2021-ci ilin dövlət büdcəsində əlavə vəsaitin ayrılması nəzərdə tutulur.
Hazırda fermerlərə bitkiçilik sahəsində subsidiya ödənişləri davam edir. Fermerlərə ilkin mərhələdə ötən ilin yekununda təsdiqlənmiş məbləğlər üzrə subsidiyalar ödənilir, yeni əkin əmsalına uyğun artırılmış subsidiya məbləğinin ödənişi isə cari il ərzində həyata keçiriləcək.
Qeyd edək ki, fermerlərə verilən əkin subsidiyasının 25 faizi nağd formada, 75 faizi isə nağdsız formada mineral gübrə, biohumus, pestisid, sertifikatlı toxum və ting alınmasına sərf edilə bilər. Əkin subsidiyası fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin bir hissəsini kompensasiya edir. Əkin əmsallarının artırılması fermerlərin qeyd edilən istehsal vasitələrinin alınması ilə bağlı xərclərinin əkin subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa və bununla da dizel yanacağının qiymətinin artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə imkan verəcək.
Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi üzərindən verilir.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ildə kənd təsərrüfatı bitkiləri üzrə yeni əkin əmsalları və əkin subsidiyasının məbləği aşağıdakı kimi müəyyən edilib:
Bitki növləri
09.12.2020 təsdiqlənən əkin əmsalı
Əkin subsidiyası (manat/ha)
Yanacağa görə əlavə (manat/ha)
Yeni əkin əmsalı
Cəmi əkin subsidiyası (yeni) (manat/ha)
Buğda:
əkin sahələrinin 20 hektarından çox olmayan hissəsinə görə
1,0
200
40
1.2
240
əkin sahələrinin 20 hektarından çox olan hissəsinə görə
0,8
160
20
0.9
180
Çəltik
1,4
280
40
1.6
320
Soya
1,3
260
20
1.4
280
Qarğıdalı
0,8
160
40
1.0
200
Darı
0,8
160
20
0.9
180
Sorqo
0,5
100
40
0.7
140
Digər dənli və dənli paxlalılar (arpa, covdar, vələmir, noxud, mərci və s.)
0,8
160
20
0.9
180
Qarabaşaq
0,9
180
40
1.1
220
Yer fındığı
0,9
180
40
1.1
220
Zəfəran
2,0
400
40
2.2
440
Günəbaxan:
1,0
200
40
1.2
240
Tütün
1,4
280
40
1.6
320
Pambıq
1.1
220
40
1.3
260
Şəkər çuğunduru
1,4
280
50
1.65
330
Kartof
1,2
240
40
1.4
280
Tərəvəz
1,2
240
20
1.3
260
Bostan bitkiləri
1,1
220
20
1.2
240
Yonca
0,25
50
20
0.35
70
Digər bitkilər
0,5
100
30
0.65
130
Üzüm:
bağın salındığı ildən ilk 4 il ərzində
3,0
600
40
3.2
640
4 ildən sonrakı illər üzrə
1,2
240
10
1.25
250
Çay:
plantasiyanın salındığı ildən ilk 7 il ərzində
3,5
700
40
3.7
740
7-ci ildən sonrakı illər üzrə
1,2
240
10
1.25
250
İntensiv meyvə bağları:
bağın salındığı ildən ilk 4 il ərzində
3,5
700
30
3.65
730
4 ildən sonrakı illər üzrə
1,2
240
10
1.25
250
Digər meyvə bağları
1,2
240
10
1.25
250
Giləmeyvəlilər
1,0
200
30
1.15
230
Təkrar əkinlər
0,3
60
26
0.43
86