Araik Arutyunyanın hospitaldan görüntüləri yayıldı - Video

OXUNUB: 2038 DÜNYA

Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyanın səhra hospitallarından birində yardım göstərilməsinə dair videogörüntü yayılıb.

Yenisabah.az xəbər verir ki, erməni sosial şəbəkə istifadəçilərinin paylaşdığı videoda hərbi mundirdə yaralı halda bir hərbçiyə tibbi yardım göstərildiyi əks olunub. Bu videonu paylaşan ermənilər iddia edirlər ki, hərbi mundirdə ağır yaralı olan şəxs  Dağlıq Qarabağdakı separatçıların lideri Araik Arutyunyandır.

Xatırladaq ki, A.Arutunyan Azərbaycan Silahlı Qüvvələri tərəfindən bir neçə gün öncə məhv edilən avtomobil karvanında olub. Türkiyə mediasının bu barədə verdiyi ilkin məlumata görə, hadisə nəticəsində separatçıların "prezidenti” də məhv edilib. Separatçı-terrorçu A.Arutyunyanın məhv edildiyi ilə bağlı yayılan məlumatı Ermənistan hələ də faktla təkzib edə bilməyib.

 

 

RƏYLƏR