"Araz" market və "Oba"lardan təbii şirələr almayın: DƏHŞƏTLİ VİDEO

OXUNUB: 248 Özəl İQTİSADİYYAT
7NEWS.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan video, sözün əsl mənasında bum effekti yaradıb. Belə ki, vətəndaş "Veysəloğlu" şirkətinə daxil olan "Araz"marketlər şəbəkəsindən təbii şirə alıb. Evdə olan zaman şirədən iki azyaşlı övladı içib və tamının pis olduğunu deyiblər. Bu zaman valideyn şirənin karton başlığını kəsib və gördüklərindən dəhşətə gəlib. Şirənin vaxtı gələn ilin avqust ayına qədər olsa da, kiflənmiş və "göbələkləşmiş" halda olub. Vətəndaş isə haqlı olaraq elə həmin gün "Araz" marketə gəlir və əsl faciə bundan sonra başlayır. Üzünün çəkilməsini istəməyən market əməkdaşı "bu bizim problem deyil, istehsalçının problemidir" deməsi bu şəbəkənin insanların həyatı, sağlamlığı ilə necə təhlükəli oyunlar oynadığını göstərir. Daha sonra vətəndaş "iki azyaşlı övladım bu şirədən içib, onlara bir şey olsa kim cavab verəcək?" sualına market əməkdaşı "bu bizim problem deyil" deməsi məsuliyyətsizlikdən başqa bir şey deyil. 
Məlumat üçün qeyd edək ki, həm "Araz" şəbəkəsi, həm də "Oba"lar "Veysəloğlu şirkətinə daxildirlər. Videoda gördüyünüz "Natura" şirələri isə Qəbələ Konserv Zavodunuun da daxil olduğu 'Mars Overseas" şirkətinə daxildir.
7NEWS.az
 
 

RƏYLƏR