"Araz" marketdə saxta endirimin BİABIRÇILIĞI - Guya 12 manatdan 7.79-a düşüb

OXUNUB: 282 İQTİSADİYYAT
Bakıda marketlərdə ərzaq məhsullarında süni qiymət artımı müşahidə edilir.

Bununla bağlı sosial media istifadəçiləri paylaşım ediblər:

"Araz Supermarketlərində 12 manat qiyməti olan kolbasa guya 7.79-a endirimə düşüb. Halbuki həmin kolbasanın qiyməti hər zaman 7.79 olub”.

Qiyməti digər marketlərlə müqayisə edən xanım həmin kolbasanın Bravo-da endirimsiz 7.79 olduğunu çəkərək, paylaşıb.

Qeyd edək ki, son günlər sosial mediada qiymət artımı, bahalaşma ilə bağlı tez-tez paylaşımlar edilir./bakupost
 
İcmal.Az

RƏYLƏR