Argentina Super Liqasında Gimnasia - Boca Juniors matçının təxirə salınmasına səbəb olan stadion ətrafında baş verən hadisələrdə 1 nəfər ölüb.
	7NEWS.az xəbər verir ki, Buenos-Ayres əyalətinin təhlükəsizlik naziri Serxio Berni televiziya kanalına verdiyi açıqlamada bir çox azarkeşin zorla stadiona daxil olmağa çalışdığını, polislə azarkeşlər arasında Xuan Karmelo Zerillo stadionunun ətrafında insident yaşandığını açıqlayıb.
	7NEWS.az
 
			 
				

























 
				 
				