Aktrisa Pelin Öztekin iyunda eşq yaşamağa başladığı məktəbli sevgilisi Berk Uğuza ərə getməyə hazırlaşır.
İcmal.Az axşam.az-a istinadən bildirir ki, cütlük 2018-ci ilin yayında evlənəcək. Çox xoşbəxt olduğunu deyən Pelin Berki uşaqlıqdan sevdiyini etiraf edib:
"Məktəbdə oxuyanda Berkə platonik aşiqdim. İllər sonra möcüzə gerçəkləşdi. Bir-birimizin qədrini bilirik".
Qeyd edək ki, üç il əvvəl həmkarı Kıvanç Baran Arslanla eşq yaşayıb daha sonra onunla nişanlanan aktrisa Pelin Öztekin ötən ilin iyulunda nişanını qaytarıb.

İcmal.Az

























