“Ariva” hotel təkzib etdi: Ərəb turist otaqda tək olub

OXUNUB: 655 SOSİAL

"Ariva” hoteli yanvarın 8-də Bakıda ərəb turistin 311 nömrəli otaqda ölməsi ilə bağlı yerli KİV-də yayılan məlumatlara münasibət bildirib.

İnsident barədə dərhal polisə xəbər verilib və hadisə yerinə tibbi ekspertiza aparılıb.

Qeyd edilir ki, mərhum ürək çatışmazlığından vəfat edib, otaqda onun qəbul etdiyi dərman preparatları da aşkar olunub.

Hotel nümayəndəsi ərəb turistin otağında xanımların olması barədə məlumatı təkzib edib:

"Saytlarda yayılan məlumatlar yanlışdır. Həmin şəxsin otağında xanım olmayıb. O, nömrədə tək olub”.

Faktla bağlı araşdırmalar davam etdirilir./oxu

İcmal.Az

RƏYLƏR