Arvadını öldürdü, canlı yayımda elan etdi

OXUNUB: 655 DÜNYA

Almaniyada hüquq mühafizə orqanlarının əməkdaşları, "Facebook”da canlı yayımda həyat yoldaşını öldürdüyünü etiraf etmiş Suriyalı qaçqını həbs edib.

Bu barədə "RİA Novosti” Alman KİV-ə istinadən məlumat yayıb.

İnsident Mülakker şəhərində baş verib.

Kişi həyat yoldaşını qətlə yetirdikdən dərhal sonra sosial şəbəkədə canlı yayıma başlayıb.  Kadrlarda onun əllərində qan izlərini belə görmək olub.

Efir zamanı özünü Əbu Mərvan kimi təqdim edən cinayətkar, həyat yoldaşına bir neçə bıçaq xəsarətləri endirdiyini etiraf edib. O, bildirib ki, qadının yanına barışmaq ümidi ilə gəlib, sonuncu isə onu evdən qovub.

Videomüraciətinin sonunda Suriyalı kişi, ərlərinə xəyanət edən bütün qadınları bu cür aqibətin gözlədiyini bildirib.

Bundan sonra cinayətkar övladlarından birini özüylə götürərək, hadisə yerindən qaçıb.

Polisi evdə qalan qızı çağırıb. Hazırda qatil barəsində həbs qətimkan tədbiri seçilib./oxu

İcmal.Az

RƏYLƏR