Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən "İnnovasiyalar Mərkəzi” ilə "Atəşgah” Sığorta Şirkəti ASC arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi "İnnovasiyalar Mərkəzi”-nin direktoru Vüsal Rüstəmov və "Atəşgah” Sığorta Şirkəti ASC-nin İdarə Heyətinin sədri Elçin Əhmədov imzalayıblar.
Memorandum çərçivəsində ASAN İnnovativ İnkişaf Mərkəzində "AI Zone” otağı yaradılıb və burada praktiki süni zəka təlimlərinin təşkili nəzərdə tutulur.
Həmçinin tərəflər innovativ maarifləndirmə və korporativ sosial məsuliyyət sahələrində birgə layihələrin icrasını, tələbə təcrübə proqramlarının həyata keçirilməsini təmin edəcəklər.
İmzalanma mərasimindən sonra tərəflər "AI Zone” otağının imkanları və gələcək təlim konsepsiyası ilə tanış olublar.




