ASGA Şəhid KƏNAN ABDULLAYEV haqqında tanıtım filmi ərsəyə gətirəcək: GƏNCLƏR FONDUNUN DƏSTƏYİ İLƏ

OXUNUB: 20 GÜNDƏM Özəl
Bu barədə saytımıza açıqlamasında Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, 7NEWS.az saytının rəhbəri Səbuhi Abbasov məlumat verib.
 
Onun sözlərinə görə film Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə 3 aylıq layihə çərçivəsində hazırlanacaq: " Kənan Abdullayev 1990-cı il dekabrın 3-də Mingəçevir şəhərində anadan olub. Ailənin ikinci övladı olan Kənan Mingəçevir şəhər 16 nömrəli orta məktəbdə təhsil alıb. Azərbaycan Ordusunun leytenantı, 29 yaşlı Kənan Abdullayev oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Qəhrəman zabitimiz 17 oktyabrda Mingəçevir şəhər Şəhidlər xiyabanında dəfn edilib. Əzəli torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən K.Abdullayev ölümündən sonra "Vətən uğrunda” medalı ilə təltif edilib. Təşəbbüsümüzü dəstəklədiklərinə görə ASGA İH adından Gənclər Fondunun Müşahidə Şurasına, rəhbərliyinə təşəkkür edirəm.”
Qeyd edək ki, "Azərbaycanı bütövləşdirən şəhid leytenant: KƏNAN ABDULLAYEV” haqqında tanıtım filmi" Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası İctimai Birliyi tərəfindən çəkilən sayca 20-ci tanıtım film olacaq. 

RƏYLƏR