Aşıq Samirə ərindən ikinci dəfə ayrıldı

OXUNUB: 786 ŞOU-BİZNES

Tanınmış aşıq Samirə Əliyeva "Show time” verilişində qonaq olub.

Sənətçi xoşbəxtliyindən, şəxsi həyatından danışıb:

"Əvvəllər elə bilirdim ki, xoşbəxtlik hər zaman olur. İllər öncə deyirdim ki, artıq mən xoşbəxtəm. Amma elə xoşbəxt anlar olur ki, insanın ömründə, yaddaşında iz buraxır. Bu gün xoşbəxtliyim çoxdur, amma tam deyil. Bu da arada bir mənə sıxıntı, acı verir.

Allahın bu gününə çox şükür olsun. Mən həyatın imtahanlarından keçmişəm deyə ən böyük xoşbəxtliyim sağlamlığımdır. Sonra da işimin olması, heç kimdən aslı olmamağım, övladlarımdır. Bircə çatışmayan həyat yoldaşıdır. O da ki, öz taleyimlə barışmışam. Allah başqa sıxıntılardan qorusun”.

Samirə onu da əlavə edib ki, üçüncü dəfə ailə qurmayacaq: 

"Artıq bu kitab mənim üçün bağlandı. Maşallah, qızım böyüyüb, bu gün-sabah elçilərin gələn vaxtıdır. Amma belə bir deyim də var ki, "heç vaxt "heç vaxt” demə”. Buna pis də baxmıram. Əvvəl düşünürdüm ki, insanlar nə deyər? İndi o tənqidlərə fikir vermirəm.

Bəlkə, nə zamansa qarşıma çıxar, amma ağlımla düşünüb, "yox” deyərəm. Bəlkə, sabah kimsə hissimi cilovlayar... Amma yenə də istəmərəm. Sabah qarşıma yaxşı bir bəy də çıxsa, çalışacam ki, evlilik yolunda addım atmayım”.

Qeyd edək ki, Samirə ikinci dəfə prodüseri Rizvan Məmmədovla ailə qurmuşdu. Cütlük bir müddətdən sonra ayrılmışdı. Cütlük 2016-cı ildə yenidən barışdığını bildirmişdi. Hazırda onlar yenidən ayrılıb./oxu

 

İcmal.Az

RƏYLƏR