Ağstafada 26 yaşlı oğlan özünü güllələdi

OXUNUB: 828 HADİSƏ

Ağstafa sakini ov tüfəngi ilə özünə atəş açıb.

İcmal.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yenigün kəndində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Yaqubəliyev Emin Mahir oğlu yaşadığı evdə ov tüfəngi ilə atəş açaraq, özünü öldürüb. Onun hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İcmal.Az

RƏYLƏR