Ağstafada narkotik satan qardaşlar saxlanılıb-FOTO

OXUNUB: 606 HADİSƏ
Ağstafa rayon Polis Şöbəsinin(RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli bilinən rayonun  Xətai kənd sakini, əvvəllər məhkum olunmuş, Elşad Yaqubov saxlanılaraq RPŞ-yə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman müxtəlif  bükümlərdə ümumi çəkisi 9.554 qram narkotik maddə olan "metamfetamin” və  7.469 qram qurudulmuş "marixuana” aşkar edilərək götürülüb. 7NEWS.az-ın məlumatına görə  davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində , E. Yaqubovun qardaşı, əvvəllər məhkum olunmuş, hazırda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) Rəşad Yaqubov da saxlanılaraq rayon Polis Şöbəsinə gətirilib. Onun üzərindən isə 234.442 qram narkotik vasitə olan "heroin” və ümumi çəkisi 54.811 qram "metamfetamin” və "metadol” aşkar edilərək götürülüb.
Götürülən maddi sübutlar istintaqa təhvil verilib, saxlanılan şəxslərlə bağlı RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
 

 

RƏYLƏR