Astarada istirahət mərkəzində ölən şəxsin kimliyi məlum olub - YENİLƏNİB

OXUNUB: 746 HADİSƏ

Astarada istirahət mərkəzində ölən şəxsin kimliyi məlum olub

 

 Bu, Astara sakini 1966-cı il təvəllüdlü Mirzəxan Həsənovdur.

 

Faktla bağlı araşdırma davam etdirilir.

 

***

 

23:45

 

Astara rayonunda istirahət mərkəzində ölüm hadisəsi qeydə alınıb.

 

APA-nın cənub bürosunun verdiyi məlumata görə, şəxsiyyəti hələ ki məlum olmayan kişi istirahət mərkəzinin restoranında dünyasını dəyişib.

 

İlkin ehtimala görə, onun ürəktutmasından keçindiyi bildirilir . Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon Şöbəsində göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

 

 

İcmal.Az

RƏYLƏR