Ata oğlunu 20 ildir 1 metrlik qəfəsdə saxlayırmış - ŞOK OLAYIN ÜSTÜ AÇILDI - VİDEO - FOTO

OXUNUB: 807 DÜNYA

Yaponiyada əqli qüsurlu oğlunu 16 yaşından etibarən, 20 ildir 1 metr yüksəklikdə olan qəfəsdə saxlayan ata saxlanılıb.

İcmal.Az Haberler-ə istinadən xəbər verir ki, Yoşitane Yamasaki adlı 73 yaşlı şəxs oğlunu Sanda şəhərindəki evinin yanındakı köhnə fabrikdəki qəfəsdə 20 ildən çoxdur saxladığı iddiası ilə tutulub.

Yamasakinin arvadına ölmədən öncə baxan tibb işçisi yanvar ayında məsələni səlahiyyətlilərə bildirdikdən sonra hərəkətə keçən polisin hadisə ilə bağlı araşdırmaya başladığı deyilir.

Polislər atanın 16 yaşından bu yana qəfəsdə saxladığı oğluna hər gün yemək verdiyini və bir gündən bir çimməyinə icazə verdiyi qeyd edilir.

 

42 yaşlı övladın müalicə məqsədi ilə dövlət tərəfindən himayəyə götürüldüyü deyilir.

İcmal.Az

Ata oğlunu 20 ildir 1 metrlik qəfəsdə saxlayırmış - ŞOK OLAYIN ÜSTÜ AÇILDI - VİDEO - FOTO

Ata oğlunu 20 ildir 1 metrlik qəfəsdə saxlayırmış

RƏYLƏR