"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər - ŞİKAYƏT

OXUNUB: 28 İQTİSADİYYAT
Abbas Mirzə Şərifzadə küçəsi, 241 ünvanında yerləşən "Avant Qrup" MTK-ya məxsus binadan ev alan sakinlər aldıqları mənzillərin ƏDV (əlavə dəyər vergisi) hissəsini artıq üç ildir geri ala bilmədiklərini bildirirlər.

Sakinlərin sözlərinə görə, onlar dəfələrlə MTK-ya (Mənzil-Tikinti Kooperativi) müraciət etsələr də, nə məsələ həll olunub, nə də onlara aydın və rəsmi məlumat verilib.

Mənzil sahiblərindən biri yaranan vəziyyəti belə izah edib: "Aldığımız mənzillərin ödənişlərini bitirəndə bizim ödədiyimiz ƏDV-nin 30%-i bizə geri qayıtmalı idi. Problem MTK və Dövlət Vergi Xidməti arasındakı anlaşılmazlıqlardan və bizim müdaxilə edə bilmədiyimiz proseslərdən yaranıb. Nəticədə biz ƏDV-nin 30%-ni geri ala bilmirik," - deyə sakin vurğulayıb.

Daha ətraflı Baku TV-nin süjetində:
 
 



RƏYLƏR