Avropa İttifaqı: “Metsamor” AES bağlanmalıdır

OXUNUB: 1046 DÜNYA

Avropa İttifaqının Xarici İşlər Xidmətinin Şərq Tərəfdaşlığı şöbəsi rəhbərinin müavini Dirk Lorens hesab edir ki, Ermənistanın Atom Elektrik Stansiyası bağlanmalıdır.

Bu barədə Ermənistan KİV məlumat yayılıb.

"Biz hesab edirik ki, atom stansiyası ən qısa zamanda bağlanmalıdır. Belə ki, onu təhlükəsizliklə bağlı beynəlxalq tələblərə tam cavab verəcək səviyyədə təmir etmək mümkün deyil”, - deyə Lorens bildirib.

Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqı "Metsamor” AES-in bağlanması müqabilində Ermənistana 200 milyon avro ayırmağı vəd edib./oxu

İcmal.Az

RƏYLƏR