Çavuşoğlu: Afrin Əsəd rejiminə təhvil verilə bilməz

OXUNUB: 812 DÜNYA

Afrin Suriyadakı rejimə təhvil verilə bilməz.

İcmal.Az-ın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu terrorçulardan azad edilən Afrinin kimə təhvil veriləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib.

"Əsəd rejimi artıq Suriyadan getməlidir.

Bu adam, bu rejim ilk dəfə deyil ki, kimyəvi silahdan istifadə edir?!

Bir milyona yaxın insanı öldürüblər.

Ona görə Afrin Əsəd rejiminə təhvil verilə bilməz”, - deyən Çavuşoğlu bildirib ki, Fransa Suriya məsələsini müzakirə etmək barədə təklif irəli sürüb:

"Bu günlərdə təklifi dəyərləndirib, görüş vaxtını təyin edəcəyik”.

İcmal.Az

RƏYLƏR