7NEWS.az xəbər verir ki, Azərbaycanda Yoxsulluğun Azaldılmasına Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Məşğulluq forumu” reallaşdıracaq. Forum cari ilin iyul-avqust ayında reallaşacaqdır. Bu barədə saytımıza Birliyin sədri Nazim Əliyev məlumat verib: "Bu il iyunun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5334,3 min nəfər olub, onlardan 5026,1 min nəfərini məşğul əhali təşkil edib. iyunun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1706,0 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 903,5 min nəfər, qeyri-dövlət sektorunda isə 802,5 min nəfər təşkil etmişdir. İqtisadiyyatın neft-qaz sektorunda 30,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1675,1 min nəfər çalışıb. Olduqca ciddi rəqəmlərdir. Hüquqi dövlətdə sosial siyasətin tətbiq olunduğu sahələrdən biri də və başlıca prioritet sahə məşğulluğun səmərəli və düzgün təmini sahəsidir.Tarixi dövrlərə nəzər salanda görürük ki, məşğulluğun təmini sosial təhlükəsizliyin həyata keçirilməsində vacib nüanslardandır. Məşğulluq haqqında Azərbaycan Respublikasının qanunda göstərilmişdir: Bu Qanun məşğulluğa kömək sahəsində dövlət siyasətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, eləcə də vətəndaşların əmək sahəsində və işsizlərin sosial müdafiəsi sahəsində dövlət təminatlarını müəyyən edir. Əhalinin məşğulluq probleminin həllində əsasən üç prinsip rəhbər tutulur. Aparılan bu tədbirlər yetərlidirmi? AYAK İB olaraq hesab edirik ki, yetərli deyil və Vətəndaş Cəmiyyəti bu istiqamətdə öz tövhəsini verməlidir. Təklifimizə müsbət cavab verdiklərinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəhbərliyinə təşəkkür edirəm”
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
QHT Agentliyinin Müşahidə Şurasının sədri seçilib, İdarə Heyətinin sədri və müavinləri müəyyənləşib
06.01.2026, 17:03 / Özəl, QHT, SOSİAL -
QHT-lərə dövlət dəstəyinin "bir pəncərə"li yeni mexanizmi yaradılıb
06.01.2026, 10:14 / Özəl, QHT, SOSİAL -
Türk Dövlətlərinə üzv ölkələrin QHT Platforması yaradıldı - Video
26.11.2025, 11:47 / Özəl, QHT, SOSİAL -
“Tarixin izi ilə” filminin təqdimatı keçrilib - FOTOLAR / VİDEO
01.11.2025, 09:45 / Özəl, QHT, SOSİAL -
“Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirəsi təşkil olunub
21.10.2025, 16:20 / Özəl, QHT, SOSİAL -
“İşığa doğru” filminin təqdimatı oldu
12.10.2025, 12:08 / GÜNDƏM, Özəl, QHT, SOSİAL -
Səyyar Gənclər Xidməti Balakən gəncləri üçün yola düşüb
07.10.2025, 16:46 / Özəl, QHT, SOSİAL

























