Aydın Mirzəzadənin sponsoru, Mingəçeviri məhv edən “Sədərək Yusif” Ramiz Mehdiyevin "qara kassası" imiş

OXUNUB: 0 HADİSƏ SİYASƏT
Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın keçmiş prezidenti Ramiz Mehdiyev cinayət məsuliyyətinə cəlb olunub.
 

Bu hadisədən sonra Ramiz Mehdiyevlə əlaqələri olan bir sıra vəzifəli şəxslərin, o cümlədən iş adamlarının adları ifşa olub. Onlardan biri də "Sədərək” Ticarət Mərkəzinin sahibi "Sədərək Yusif”  ləqəbi ilə tanınan Yusif Qədiməliyevdir.
 
Yerli mətbuatın və bir sıra tanınmış jurnalistin yazdıqlarına əsasən, Yusif Qədiməliyevə məhz Ramiz Mehdiyev himayədarlıq edib. Mehdiyevin bu dəstəyi sayəsində "Sədərək” Ticarət Mərkəzində baş verən pozuntulara uzun illər göz yumulub.

"Sədərək Yusif”in oğlunu vəzifəyə gətirmək üçün xərclədiyi milyonlar

Yusif Qədiməliyevlə Ramiz Mehdiyev arasındakı münasibətlər sadəcə himayədarlıq məsələsi ilə yekunlaşmayıb.
 
Bunun üçün Yusif Qədiməliyevin oğlu Mehman Əli Həsənova köməkçi təyin edilib.
 
Əli Həsənovun qapısında oturan Mehman Qədiməliyev bir müddət ictimai-siyasi şöbədə inkişaf edib, baş məsləhətçi səviyyəsinə qədər yüksəlib, dövlət qulluqçusu rütbələri alıb.
 
Əli Həsənov ilə bütün səfərlərə gedən Mehman eyni zamanda bir növ maliyyə məsələləri üzrə köməkçi rolunu da oynayıb.
 
Ondan sonra, 2015-ci ildə Əli Həsənov Mehman Qədiməliyevi Ramiz Mehdiyevin köməkçisi vəzifəsinə təyin etdirmək istəyib.
 
Yusif Qədiməliyev bu məqsədlə Ramiz Mehdiyevdən şəxsən xahiş edib. Lakin istəyinə nail ola bilməyib. Nəticədə Mehman Qədiməliyevin arzusunda olduğu bu vəzifəyə Fatma Abdullazadənin namizədi təyin edilib.

Mehman Qədiməliyev vaxtilə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsində yüksək vəzifə tutub və Əli Həsənovun rəhbərliyi altında çalışıb.

Onu da bildirək ki, Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı qərarından sonra mətbuatda Yusif Qədiməliyevin şəxsi kapitalının bir hissəsini xaricə köçürməsi barədə məlumatlar yayılıb./sfera
Məlumatda, həmçinin, qdyd olunur ki, "Sədərək Yusif" 1997-2000-ci illərdə birbaşa Ramiz Mehdiyevin kurasiyasında olmuş Aydın Mirzəzadənin Mingəçevirdən saxta yolla deputat seçilməsində müstəsna xidmətləri olub. Bundan başqa Yusif Qədimbəyli Kür çayı üzəribdə, Avarçəkmə reqadası hissəsində, kustar üsulla, dəmir platformalarla kafelər tikmişdir. Hır gün həmin kafelərdən yüzlərlə ton tualet tullantıları birbaşa Kür çayına axıdılır. Bununla bağlı dəfələrlə müvafiq qurumlara şikayətlər daxil olsa da, Ramiz Mehdiyevə görə şikayətlər zibil qutusuna axıdılırdı.

RƏYLƏR