Aygünlə Natavan barışıqdan sonra ilk dəfə - fotolar

OXUNUB: 634 ŞOU-BİZNES

Xalq artist Aygün Kazımova və Natavan Həbibi illər sonra ilk dəfə bir arada foto çəkdiriblər.

İcmal.Az-ın məlumatına görə, sənətçiləri şair Calal Qurbanov klip çəkilişində bir araya gətirib.

Müğənnilər mehriban söhbət zamanı fotokameramıza tuş gəliblər.

Qeyd edək ki, Aygün və Natavan illərdir küsülü idi. Onlar aparıcı Kazım Sübhanın ad günündə bir araya gəliblər. Xalq artisti Faiq Ağayev müğənniləri barışdırıb.

Onlar arasında yaşanan qalmaqala səbəb isə ATV-də yayımlanan "Nömrə 1” yarışmasında N.Həbibinin A.Kazımovaya qalib gəlməsi idi. Daha sonra isə Kazimova Həbibin ünvanına təhqiredici ifadələr işlətmiş, qarşı tərəf onu məhkəməyə vermişdi./axşam

 
 
 
İcmal.Az

RƏYLƏR