Sumqayıtda fəaliyyət göstərən "Aytamart" supermarket 1 yaşını qeyd edir. Bir il əvvəl fəaliyyətə başlayan market qısa müddətdə şəhər sakinlərinin etimadını qazanaraq gündəlik alış-veriş üçün seçilən ünvanlardan birinə çevrilib.
Müştəri məmnuniyyətini daim ön planda tutan "Aytamart" bu müddət ərzində müştəri kartı sistemi, gözlənilən endirim kampaniyaları, geniş məhsul çeşidi, yüksək xidmət keyfiyyəti və rahat parkinq imkanı ilə alıcıların rəğbətini qazanıb.
Şirkətdən verilən məlumata görə, 4 oktyabr 2025-ci il tarixində Sumqayıtda keçiriləcək "Aytamart 1 yaş" tədbiri xüsusi fürsətlərlə yadda qalacaq. Tədbir üçün geniş planlama aparılır və şəhər sakinlərinin yanaşı, Sumqayıt və ətraf bölgələrdən də çoxsaylı alıcıların iştirakı gözlənilir.
Müştəriləri müxtəlif endirimlər, hədiyyələr və əyləncəli aktivliklər gözləyir.
Daimi kampaniyalar
Hər həftə cümə günü: 50 manlıq alışda 50 bonus (50 bonus = 5 man)
Hər həftənin şənbə-bazar günləri: 39 manlıq alışda 50%-dən çox endirimli məhsullar
Ad gününə özəl endirimli məhsullar
Yumurta (10 ədəd) – 1,70 man deyil, 0,50 man
Persil yuyucu toz (3 kq) – 12,45 man deyil, 8,99 man
Rosko "Moloçniy” sosisləri (1 kq) – 16,90 man deyil, 7,99 man
Bismak makaron (5 kq) – 4,00 man deyil, 3,49 man
Şahane düyü (910 q) – 4,90 man deyil, 3,39 man
"Aytamart" rəhbərliyi qeyd edir ki, ilk il ərzində uğurlu fəaliyyət sayəsində güclü baza formalaşdırılıb. Qarşıdakı illərdə isə Azərbaycanın müxtəlif bölgələrində yeni filialların açılması planlaşdırılır.












