7NEWS.az xəbər verir ki, bu barədə tanınmış alim Zaur Əliyev paylaşın edib: "Azərbaycan respublikasının milli qəhrəmanı Hökumə Əliyevanın 8 avqust doğum günü AZAL - Azerbaijan Airlines şəhidin Anasını dəvət edib qızının fotosu olan tortu kəsdirib və bunu da çəkib paylaşıb. Ciddi soruşuram AZAL - da bir ağıllı adam var idi bunu təşkil edəndə ? Şəhidin fotosu olan tortu anasına kəsdirmək hansı beynin məhsuludur?"
Məsələyə sosial mediada da ciddi təpki gəlib. Jurnalist Nurlan Cəfərli bu addımı tərbiyəsizlik adlandırıb: "AZAL - Azerbaijan Airlines təmiz başını itirib. Vəzifəsi insanları havada uçurtmaq olan bu şirkətin əməkdaşlarının da deyəsən beynini hansısa təyyarədə uçurub. Milli Qəhrəman Hökümə Əliyevanın doğum günü qeyd olunarkən tədbirə şəhidin anası dəvət edilib və üstündə şəhid qızının fotosu olan tortu kəsmək tapşırılıb. Qiymətlər bir yandan uçur, bunların beyni bir yandan. Bu necə bir tərbiyəsizlikdir?! O şirkətdə bir nəfər ağlı yerində olan əməkdaş yoxdur bu tortu sifariş etdikləri mağazaya geri göndərib adam balası kimi tort sifariş etməyə?!"
Mövzunu diqqətdə saxlayacağıq.