AZAL-ın təyyarəsi Qazaxıstanda qəzaya uğradı - VİDEO

OXUNUB: 1653 HADİSƏ
"Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəza enişi edib.

İlkin məlumata görə hadisəyə səbəb hava gəmisinin quş sürüsü ilə toqquşması olub.

"Azərbaycan Hava Yolları" aviaşirkətindən bildirilib ki, hadisə ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

 
 

RƏYLƏR