“Azər-Türk Bank” da bağlanır? - Nağd vəsaitləri kəskin azalıb

OXUNUB: 918 İQTİSADİYYAT BANK
"Azər-Türk Bank” ASC bu ilin yanvar-sentyabr aylarında nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin məbləği 3 dəfəyə yaxın (2,5)  yaxud da 206 milyon 811 min manat azalaraq 133 milyon 124 min manat təşkil edib. 

7News.Az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövründə bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərin məbləği 339 milyon 935 min manat təşkil edib. 

Xatırladaq ki, "Azər-Türk Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 10,499 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünə nisbətən 3,4 dəfə çoxdur.

Bu il oktyabrın 1-nə "Azər-Türk Bank”ın aktivləri 863,329 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 2,3 % çoxdur.

RƏYLƏR